“Atletiko” və “Tottenhem”ə 60 milyon avroluq tələb

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubunun müdafiəçisi Mattias Qinter komandasını dəyişə bilər.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Atletiko” və “Tottenhem”in transfer hədəfindədir. Hər iki klub alman futbolçu üçün “Borussiya”ya 35 milyon avro təklif edib. Almaniya tərəfi isə futbolçunu 60 milyondan aşağı məbləğə buraxmaq fikrində deyil.

Məsələylə bağlı açıqlama verən klubun idman direktoru Maks Eberl, futbolçunun komandanın planlarında əsas rol oynadığını və onu satmaq üçün müəyyən məbləğ tələb etdiklərini deyib.

Geridə qalan mövsümdə “Borussiya”nın heyətində 27 matçda iştirak edən müdafiəçi, 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button