“Atletiko” “Tottenhem”in futbolçusu ilə gücləndi
Futbol üzrə İspaniya millisinin müdafiəçisi Serxio Regilon İngiltərənin “Totenhem” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu Madrid “Atletiko”suna keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Sol cinah müdafiəçisi 2022/23 mövsümünün sonuna kimi icarə əsasında İspaniya klubunun formasını geyinəcək.
Regilon “Atletiko”nun əzəli rəqibi olan “Real”ın yetirməsidir. O, “Tottenhem”ə 2020-ci ilin sentyabrında 30 milyon avro qarşılığında keçib. Futbolçu London komandasındakı 2 mövsüm ərzində 67 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub və 9 məhsuldar ötürməyə imza atıb. Müdafiəçi daha öncə “Sevilya” və “Loqrones”in də formasını geyinib, İspaniya millisində 6 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin