“Atletiko”nun planı: Qrizmann gedəcək, o gələcək

“Atletiko” hücum xəttini gücləndirmək məqsədilə yeni forvard transferi üzərində çalışır.

Bu addım Antuan Qrizmannın komandadan ayrılma ehtimalı ilə bağlıdır. Bildirilir ki, o, ABŞ-ın MLS liqasına keçməyə yaxındır.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, madridlilər fransalı hücumçunun yerinə “İnter”in forvardı Lautaro Martinesi transfer etmək istəyir.

Potensial transferin detalları açıqlanmasa da, “transfermarkt” portalı argentinalı futbolçunun dəyərini 95 milyon avro qiymətləndirir.

27 yaşlı oyunçu 2024/25 mövsümündə “İnter”in əsas fiqurlarından biri olub. O, bütün turnirlərdə 48 oyuna çıxaraq, 22 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button