
“Atletiko” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb”
“Çelsi”nin müdafiəçisi Mark Kukurella doğma ölkəsində maraq doğurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın aparıcı klublarından olan “Atletiko” 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Madridlilər danışıqlara yalnız 2026-cı ilin yayında başlamağı planlaşdırırlar. Səbəb isə London təmsilçisinin mövsümün gedişatında Kukurellanı münasib qiymətə buraxmayacağına inanmamalarıdır.
“Barselona”nın yetirməsi olan ispaniyalı futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Kukurella cari mövsümdə Enzo Mareskanın rəhbərliyi altında 15 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. O, noyabrın 5-də, UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşmanın (2:2) əsas oyunçularından idi.
Bizi Facebook-da izləyin



