“Atletiko” hücumçusunu satmağa razıdır
“Atletiko” hücumçusu Joao Feliksi satmağı düşünür və digər klubların təkliflərini nəzərdən keçirməyə hazırdır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, buna səbəb Madrid klubunun Çempionlar Liqasının qrup mərhələsindəki uğursuz çıxışıdır.
22 yaşlı portuqaliyalıya “Bayern” və “Mançester Yunayted”in maraq göstərdiyi, hücumçunun transfer dəyərinin isə təxminən 100 milyon avro olduğu bildirilir.
Feliks bu mövsüm “Atletiko”nun heyətində 16 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin