“Atletiko” autsayderə uduzdu
Futbol üzrə İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, günün yeganə matçında Madrid “Atletiko” doğma meydanda “Levante”ylə qarşılaşıb.
“Vanda Metropolitano” stadionunda təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 54-cü dəqiqədə Qonsalo Melero vurub.
Bu nəticədən sonra “Levante” xalını 14-ə çatdırsa da, sonuncu – 20-ci yerdə qalıb. “Atletiko” isə 39 xalla 5-ci pillədə qərarlaşıb.
İspaniya La Liqası, 21-ci turun oyunu
16 fevral
Atletiko – Levante 0:1
Qol: Melero, 54.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin