“Barselona” darmadağınla 1/4 finalda, “Sevilya”…

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Tenerife” La Liqa təmsilçisi “Atletik”lə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Atletik” 1/4 finala yüksəlib.

İkinci oyun günündə rəqiblərinə qalib gələn “Valensiya”, “Vilyarreal”, “Qranada”, “Real Sosyedad” və “Real” da növbəti mərhələyə vəsiqəni təmin edib.

“Barselona” bu mərhələdə “Leqanes”lə qarşılaşıb. Rəqibini 5 cavabsız qolla məğlub edən Kataloniya təmsilçisi 1/4 finala yüksəlib. Sonuncu qarşılaşma isə Sequnda Liqa təmsilçisi “Mirandes”lə “Sevilya” arasında baş tutub. 3 qolla uduzan “Sevilya” kubokla vidalaşıb.

İspaniya kuboku, 1/8 final

28 yanvar

Tenerife – Atletik 3:3 (penaltilər 2:4)

29 yanvar

Leonesa – Valensiya 0:1
Rayo Valyekano – Vilyarreal 0:2
Badaxos – Qranada 2:3
Real Sosyedad –
Osasuna 3:1
Saraqosa – Real 0:4

30 yanvar

Barselona – Leqanes 5:0
Mirandes –
Sevilya 3:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button