Atasına və anasına təşəkkür etdi – Özünü yaşlı hiss etmədiyi üçün

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker özünü yaşlı hiss etmədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, buna görə atası ilə anasına təşəkkür edib:

“32 yaşım var, özümü yaşlı hiss etmirəm. DÇ-2022-dən əvvəl aldığım zədəni istisna etsəm, özümü hələ də əla hiss edirəm, formadayam. Buna görə öncəliklə atama və anama təşəkkür edirəm! Bəzi oyunçuların sürəti yavaşlaya bilər. Son dəfə 37.5 km/saat sürətə çatdım. Deyəsən, mən heç yavaşlamıram”.

İngiltərə millisinin üzvü, “Kim daha sürətlidir, sən, yoxsa Erlinq Haland” sualını belə cavablandırıb:

“Erlinq çox sürətlidir. Bunu vurduğu qollar zamanı göstərib. Digər hücumçular onun kimi deyil. Halandın vurduğu qollar fiziki gücün və sürətin köməyiylə meydana çıxır”.

32 yaşlı Uolker cari mövsümdə “Mançester Siti”nin heyətində 33 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Haland isə 2022/23 mövsümündə “şəhərlilər”in heyətində 48 oyuna çıxıb, 52 qol vurub və 8 məhsuldar ötürmə edib.

“Mançester Siti” bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Real”ı qəbul edəcək. Matç saat 23:00-da start götürəcək. İlk oyun İspaniyada keçirilmişdi və 1:1 hesabı ilə yekunlaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button