“Gənc yaşlarımda məşqçi olmaq istədiyimi bilirdim” – Slot

“Liverpul”un baş məşqçisi Arne Slot gənc yaşlarından məşqçi olmaq arzusunda olduğunu bildirib.

Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı bu barədə Mersisayd klubunun rəsmi saytına açıqlama verib:

“Düşünürəm ki, gənc yaşlarımda məşqçi və ya menecer olmaq istədiyimi bilirdim. Atam həvəskarlar dərnəyində məşqçi idi, özü də müəllim olduğu üçün daim məşğul olurdu. O, tez-tez məndən onun əvəzinə dərs keçə biləcəyimi soruşurdu və bu, həmişə xoşuma gəlirdi”.

Əvvəllər “Feyenoord”a rəhbərlik edən Slot “Liverpul”u bu yaydan çalışdırır.

“Liverpul” İngiltərə Premyer Liqasının cari mövsümünün 9 turundan sonra lider “Mançester Siti”dən 1 xal geri qalaraq, turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button