“İtlərlə tez-tez futbol oynayırdım” – Yamal
“Barselona”nın vingeri Lamin Yamal uşaqlıqda atasının onu itlərlə futbol oynamağa məcbur etdiyini etiraf edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, itlə futbol oynamağın edə biləcəyin ən çətin iş olduğunu bildirib:
“Atam dişləmədiklərini dedi və məni itlərlə qaçmağa məcbur etdi. Ona görə də, onlarla tez-tez futbol oynayırdım. İtlə oynamaq sənin edə biləcəyin ən çətin işdir”.
Lamin Yamal 2024-cü il Avropa çempionatında İspaniya milli komandası ilə qızıl medallar qazanaraq, turnirin ən gənc oyunçusu (16 yaş 338 gün) olub. O, həmçinin qol vuran ən gənc futbolçu kimi (16 yaş 362 gün) rekorda imza atıb.
Yamal AÇ-2024-ün ən yaxşı gənc oyunçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin