“Atalanta”nın qapıçısında yenə koronavirus aşkarlandı

İtaliyanın “Atalanta” klubunun qapıçısı Marko Sportyelloda yenidən koronavirus aşkarlanıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperdən götürülən testin nəticəsi yenidən pozitiv çıxıb.

İtaliyalı futbolçuda koronavirus ilk dəfə martın 20-də aşkarlanmışdı. Aprelin əvvəlində onun bu xəstəlikdən sağaldığı açıqlanmışdı. Amma bu günlərdə ondan götürülən yeni analizin nəticələri müsbət olub.

Sportyellonun hazırda özünü yaxşı hiss etdiyi və ev şəraitində karantinə alındığı bildirilir.

Xatırladaq ki, İtaliyada daha öncə “Yuventus”un hücumçusu Paolo Dibala koronavirusdan sağaldıqdan sonra təkrar bu xəstəliyə yoluxmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button