“Atalanta”nın futbolçusunda koronavirus aşkarlandı

İtaliyanın “Atalanta” klubunun qapıçısı Marko Sportiello koronavirus pandemiyasına yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda 27 yaşlı italiyalı qolkiperin koronavirus testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Lakin futbolçunun hazırda özünü yaxşı hiss etdiyi bildirilir.

Qeyd edək ki, Sportiello bu mövsüm “Atalanta” formasıyla 4 matça çıxıb.

“Atalanta” daha öncə koronavirus pandemiyasına yoluxan 4 əməkdaşının dünyasını dəyişdiyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button