“Atalanta” milli üzvünü transfer etdi

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Belçikanın “Genk” klubunun müdafiəçisi Yoakim Mehle Pederseni transfer edib.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı danimarkalı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Anlaşma yanvarın 4-dən etibarən qüvvəyə minəcək.

“Olborq”un yetirməsi olan Mehle, 2017-ci ildən “Genk”də forma geyinirdi. O, Danimarka yığmasında da 6 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button