“Atalanta” “bürünc” şansını əldən verdi

İtaliya A Seriyasında 2023/24 mövsümü rəsmən yekunlaşıb.

Komanda.az xəbər verir ki, bu gün 29-cu turdan təxirə salınmış bir oyun keçirilib.

“Atalanta” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda qalib gəlsəydilər, mövsümü bürünc medallarla başa vuracaqdılar. Lakin yekunda qələbəni Florensiya təmsilçisi bayram edib.

Beləliklə, “Atalanta” 69 xalla dördüncü olub. “Fiorentina” isə mövsümü 60 xalla səkkizinci sırada tamamlayıb.

İtaliya A Seriyası
29-cu turun oyunu

2 iyun

Atalanta – Fiorentina 2:3
Qollar
: Lukman, 12. Skalvini, 32 – Belotti, 6; 45+1. N.Qonsales, 19.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button