“Çempionlar Liqasında oynamaq Premyer Liqadan sonrakı ən yaxşı şeydir” – Emeri
“Aston Villa”nın baş məşqçisi Unay Emeri komandanın Çempionlar Liqasına vəsiqə qazanması ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandası ilə fəxr etdiyini söyləyib:
“Aston Villa” 41 ildən sonra ilk dəfə Çempionlar Liqasında çıxış edəcək. Bu gün xüsusi bir gündür. Mövsümün əvvəlindən bu barədə xəyal qurmuşuq. Çempionlar Liqasında oynamaq Premyer Liqadan sonrakı ən yaxşı şeydir. Çempionlar Liqasında başqa ölkələrin komandaları ilə qarşılaşırsız. Və bu, heyrətamizdir. Biz həmişə komandanın tarixinə cavabdehik və bizim məsuliyyətimiz səviyyəmizi yüksəltməyə çalışmaq, əzmkar olmaq və arzunun ardınca getməkdir. Əlbəttə, mən oyunçularla və hər kəslə fəxr edirəm”.
“Aston Villa” İngiltərə çempionatının başa çatmasına bir tur qalmış 68 xalla turnir cədvəlində dördüncü yerdədir.
Bizi Facebook-da izləyin