Asensioya Premyer Liqadan daha bir “elçi”
“Real”ın yarımmüdafiəçisi Marko Asensionun bu yay klubunu dəyişmək ehtimalı yüksəkdir.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, əvvəllər “Mançester Yunayted”, “Liverpul” və “Milan” 26 yaşlı ispaniyalını heyətinə qatmaq iddiasında idilər, indi isə “Çelsi” də onun uğrunda mübarizəyə qoşulub.
“Real” Asensionu transferə çıxararaq, onun üçün ən azı 40 milyon avro almaq istəyir. Futbolçu özü də ona lazım olan maaşı ödəyə biləcək və əsas heyətdə yer almasına zəmanət verən kluba keçməyə hazırdır.
Asensio 2015-ci ildə “Malyorka”dan “Real”a keçib. Ötən mövsüm ispaniyalı futbolçu “Real”ın heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin