Asensioya “Tottenhem”i təklif etdilər

“Real”ın yarımmüdafiəçisi Marko Asensio karyerasını İngiltərədə – “Tottenhem”də davam etdirə bilər.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, bu variantı ispan futbolçuya agentləri təklif ediblər. Madrid klubu Asensionun satışından ən azı 30 milyon avro qazanmaq niyyətindədir.

2015-ci ildən “Real”da çıxış edən Asensionun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button