Asensio “Real”da qalacaq – amma…

“Real” yarımmüdafiəçisi Marko Asensioya müqavilənin uzadılmasını təklif etməyəcək.

Komanda.az “El Partidazo de COPE”-yə istinadən xəbər verir ki, Madrid klubu futbolçunun bu yay komandadan gedəcəyini çətin hesab edir. Asensio özü də “Real”dan ayrılmaq istəmir.

Onun hazırkı müqaviləsi bir illikdir.

Asensio 2015-ci ilin iyulunda “Real”a keçib. O, ötən mövsüm “kral klubu”nun heyətində 42 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button