
Bütün təkliflərdən imtina edir – “Real”da qalacaq
“Real”ın müdafiəçisi Raul Asensio digər klublardan imtina etmək və müqaviləsinin müddətini uzatmaq qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq “kral klubu”nun 22 yaşlı futbolçu ilə yeni – uzunmüddətli müqaviləni tezliklə elan edəcəyi gözlənilir.
İngiltərə Premyer Liqası və digər xarici çempionatların klubları Asensio ilə maraqlanır, ancaq ispaniyalı oyunçu onu “Real”dan uzaqlaşdırmaq üçün edilən bütün cəhdlərə məhəl qoymur. O, yalnız “Real”da oynamaq istəyir.
Asensio “kral klubu”nun əsas heyətində 30 oyun keçirib. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin