“Arsenal”ın sabiq futbolçusu hücuma məruz qalıb
İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Niklas Bentnerə bıçaqla hücum edilib.
Komanda.az xəbər verir ki, o, daha iki tanışı ilə birlikdə ABŞ-ın Nyu-York şəhərində gəzərkən tanımadığı adamın hücumuna məruz qalıb.
Hər şey Danimarka millisinin sabiq hücumçusu üçün yaxşı bitsə də, 55 yaşlı dostu kürəyindən, üzündən və qulaqlarından ciddi xəsarət alıb.
Nyu-York polisi 25 yaşlı şübhəli şəxsi saxlayıb. O, adam öldürməyə cəhddə ittiham olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin