“Arsenal”ın hədəfi: 120 milyon avroluq futbolçu
“Arsenal” qış transfer pəncərəsində “Atletiko”nun hücumçusu Joao Feliksi transfer etməyi düşünür.
Portuqaliyalı futbolçu komandada zədəli Qabriel Jesusu əvəzləməlidir. Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, “Atletiko” 23 yaşlı futbolçunu satmağa hazırdır və Feliks üçün 2019-cu ildə “Benfika”ya ödənilən məbləği – təxminən 120 milyon avro istəyəcək.
Feliks Portuqaliya yığmasının heyətində Qətərdə keçirilən dünya çempionatında dörd matçda 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Portuqaliya millisi mundialın 1/4 finalında Mərakeşə uduzaraq (0:1), mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin