Narazıdır – “Arsenal”ı tərk edə bilər

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti qış transfer pəncərəsində klubu ilə yollarını ayıra bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu az oynamasından narazıdır. “Topçular”ın baş məşqçisi Mikel Arteta Deklan Raysın gəlişi ilə Partidən daha az istifadə etmək niyyətindədir.

Qanalı futbolçu karyerasını “Yuventus”da davam etdirə bilər.

Parti bu mövsüm Premyer Liqada “Arsenal”ın heyətində 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button