“Arsenal” Xavini təəccübləndirib

“Barselona”nın baş məşqçisi Xavi yoldaşlıq görüşündə “Arsenal”a 3:5 hesabı ilə məğlubiyyətdən danışıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis dünən “Barselona” və “Arsenal” arasında baş tutan yoldaşlıq görüşünü Çempionlar Liqası oyununa bənzədib:

“Onların intensivliyi məni həqiqətən təəccübləndirdi. Mövsümöncəsi oyun üçün bu normal deyil. O qədər qayda pozuntuları oldu ki, qarşılaşma yoldaşlıq oyunundan çox Çempionlar Liqası matçına bənzədi.

“Arsenal” qələbəyə layiq idi. Məğlubiyyətin əsas səbəbi intensivliyin və fiziki hazırlığın fərqli olmasıdır. Bu, onların beşinci görüşüdür. Onların tamamilə fərqli ritmi var. Hazırda “Arsenal” Çempionlar Liqası səviyyəsindədir və hücumda çox təhlükəli oyunçuları var”.

Növbəti yoldaşlıq oyununda “Arsenal” “Monako” ilə (2 avqust), “Barselona” isə “Real”la (30 iyul) qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button