
Arteta istəmədi, PSJ ilə Çempionlar Liqasını qazandı
“Arsenal”ın baş məşqçisi Mikel Arteta ötən mövsüm PSJ-nin hücumçusu Desir Dueni transfer etməkdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 19 yaşlı futbolçunu 35 milyon avroya transfer edə bilərmiş. Ancaq Arteta rəhbərliyə buna ehtiyacın olmadığını bildirib:
“Bizdə Martinelli var”.
Fransalı forvard başa çatan mövsümdə 54 oyunda meydana çıxıb, 15 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, PSJ ilə birlikdə mövsüm ərzində tam 4 kubok qazanıb. Xüsusilə, UEFA Çempionlar Liqasının finalında dubl edib və bir məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin