“Arsenal” fransalılara da “yox” dedi
“Arsenal” hücumçusu Folarin Baloqunu “Monako”ya satmaqdan imtina edib.
Komanda.az “90min”-ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı oyunçu üçün təklif etsə də, “topçular” bunu qəbul etməyib.
Öncədən İtaliyanın “İnter” klubunun amerikalı oyunçunu transfer etmək istədiyi bildirilirdi. Lakin London təmsilçisi forvardı “neradzurra”ya satmaq istəmədiyini açıqlamışdı.
Baloqun 2022/23 mövsümünü icarə əsasında “Reyms”də keçirib. O, Fransa klubunun heyətində 39 oyuna çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin