“Arsenal”dan müdafiəçisi ilə yeni müqavilə

“Arsenal”ın müdafiəçisi Vilyam Saliba klubla yeni müqavilə imzalayıb. Bununla bağlı qarşıdakı günlərdə rəsmi açıqlama veriləcək.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, yeni sözləşmə 2027-ci ilə qədər nəzərdə tutulub. Fransalı futbolçu yeni müqavilə ilə 11,5 milyon avro maaş alacaq.

Salibanın “topçular”la hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

O, 2022/23 mövsümündə London klubunun heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button