“Arsenal” bizdən qat-qat üstün oynadı” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınan “Arsenal”la qarşılaşmadan sonra (3:1) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, fasilədən sonra futbolçularının London təmsilçisinə qarşı pressinq tətbiq etdiyini vurğulayıb:

“Arsenal” bizdən qat-qat üstün oynadı. Söhbət birinci hissədən gedir. Biz diqqətimizi kifayət qədər oyuna cəmləşdirə bilməmişdik. İkinci hissədə daha güclü, aqressiv çıxış etdik. Qalib gəldik. Bəli, biz bunu bacardıq. Fasilədən sonra daha intensiv pressinq tətbiq etdik”.

“Şəhərlilər” hazırda İngiltərə çempionatının turnir cədvəlinə 51 xalla başçılıq edir. Bir oyun az keçirən və “Mançester Siti” ilə eyni xala malik “Arsenal” isə ikinci sırada yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button