“Arsenal” bankdan kredit götürdü

İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranından çıxmaq üçün kredit götürüb.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa nəhəngi İngiltərə Bankından 120 milyon funt-sterlinq borc alıb.

Kredit “topçular”a maddi zərərləri qismən ödəməyə imkan verəcək. Klub bu ilin mayınadək borcunu qaytarmalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button