Messi PSJ-ni sosial mediada daha da məşhurlaşdırıb

Argentinalı hücumçu Lionel Messinin PSJ-yə keçidindən sonra klubun sosial mediadakı izləyicilərinin sayı hər ay 1 milyon artır.

Komanda.az xəbər verir ki, bu barədə “goal.com” saytı məlumat yayıb.

Messinin transferindən sonrakı ilk həftədə PSJ-nin sosial şəbəkələrdəki (“instaqram”, “feysbuk”) istifadəçilərinin sayı 20 milyonu ötüb. Bundan başqa, hər ay bu rəqəm 1 milyondan çox artır.

Messi bu ilin avqustunda “Barselona”dan PSJ-yə keçib.

PSJ-nin “instaqram”da 54, “tvitter”də 11, “feysbuk”da isə 45 milyondan çox izləyicisi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button