Argentina millisinin üzvü koronavirusa yoluxdu
Argentina millisinin və “Valensiya”nın futbolçusu Ezekiel Qaray koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu şəxsi “instagram” hesabından məlumat yayıb. O, paylaşımında koronavirus testinin müsbət çıxdığını və hazırda karantində olduğunu bildirib.
Qarayla yanaşı, “Valensiya” klubu da karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin