Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də
İslandiya ilə qolsuz heç-heçə edərək AÇ-2020-nin seçmə mərhələsini uğurla adlayan Türkiyə millisi həlledici raunda yüksəlib.
Komanda.az xəbər verir ki, bu, “ay-ulduzlular”ın tarixində ardıcıl ikinci, ümumilikdə 5-ci belə uğurdu.
Qonşu ölkə təmsilçisi 1960-cı ildən keçirilən Avropa çempionatları tarixində final mərhələsi həyəcanını ilk dəfə 1996-cı ildə yaşayıb. Lakin İngiltərədəki yarışda komanda qrupda qalıb.
2000-ci ildə də bunu bacaran türkiyəlilər 1/4 final həyəcanı da yaşayıblar. Onlar növbəti turnirin seçmə mərhələsində dayanıblar.
3-cü cəhdində – 2008-ci ildə keçirilən final mərhələsi tarixi uğurla əlamətdar olub. Türkiyə millisi yarımfinala qədər irəliləyib. Bundan sonrakı turnirə vəsiqə qazana bilməyən yığma 2016-cı ildə qatıldığı final raundunu qrupda başa vurub.
Bizi Facebook-da izləyin