“Araz-Naxçıvan”ın futbolçusunun 100-cü oyunu
“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının 24-cü turuna təsadüf edib.
Cinah oyunçusu “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/2019 mövsümünə təsadüf edən futbolçunun ilk komandası “Sumqayıt” olub.
Turan Manafov “gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 oyun (3 qol) keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin