“Araz-Naxçıvan”ın ÇL oyunlarını idarə edəcək hakimlər bilindi
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarına təyinatlar açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmaları Fransa, Çexiya, Slovakiya və İspaniyadan olan referilər idarə edəcək:
Hakimlər: Chaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya), David Abtequya Urdanoz (İspaniya)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)
Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.
26 oktyabr
Araz-Naxçıvan – Orebro (İsveç)
27 oktyabr
Loznika Qrad (Serbiya) – Araz-Naxçıvan
29 oktyabr
Mostar (Bosniya və Herseqovina) – Araz-Naxçıvan
Bizi Facebook-da izləyin