“Araz-Naxçıvan”dan ilk transfer

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.

Azərbaycan Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı oyunçu olub.

Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Serbiya millisinin də üzvü olan 28 yaşlı forvard son olaraq ölkəsində “Ekonomaç”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button