“Araz-Naxçıvan”da braziliyalı oyunçu – Rəsmi
Futzal üzrə “Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu hücum xəttini gücləndirib.
UEFA Çempionlar Liqasında çıxış edəcək komanda braziliyalı Erik Dannilo ilə anlaşıb. Baş məşqçi Vitali Borisovun istəyi ilə heyətə cəlb olunan futzalçı qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
23 yaşlı “stolb” İspaniyanın “Peniskola” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin