“Araz Naxçıvan” Serbiya çempionuna da uduzdu
Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci oyununu keçirib.
Komanda.az xəbər verir ki, təmsilçimiz bu dəfə Serbiya çempionu “Lozniça Qrad”la qarşılaşıb.
Oyun rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.
“Araz Naxçıvan” turnirdə son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın “Mostar” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan çempionu ilk matçında İsveç “Orebro”suna 2:5 hesabıyla uduzmuşdu.
UEFA Çempionlar Liqası
5-ci qrup
27 oktyabr
Lozniça Qrad – Araz Naxçıvan 4:1
Qol: Mladen Kociç, 12:02; 36:59. Nemanya Milosavlyeviç, 15:55. Dorde Rosiç, 23:02 – Vitao, 18:27.
Hakimlər: Jan Kresta (Çexiya), Josip Dujmiç (Xorvatiya), Viktor Chaix (Fransa).
Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30.
Lozniça Qrad: 34. Yakov Vuliç (q), 2. Marko Periç (k), 10. Mladen Kociç, 12. Dorde Rosiç, 20. Miloş Stoykoviç, 22. Petar Nikoliç (q), 7. Aleksandar Ristanoviç, 8. Dorde Rakiç, 9. Nemanya Milosavlyeviç, 11. Marko Avramoviç, 21. Dudu, 23. Dandan.
Baş məşqçi: Barko Surudziç.
Araz Naxçıvan: 19. Cavad Məmmədov (q), 6. Ponçe, 7. Ramiz Çovdarov, 13. Viktor Hüqo “Vitao”, 21. Lukas Matheus “Katatau”, 12. Mikael Deon (q), 8. David Qustavo, 3. Pedro Torres, 10. Andreu Varqas, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov (k), 20. Sinesio.
Baş məşqçi: Joze Alesio Da Silva.
Bizi Facebook-da izləyin