“Araz-Naxçıvan” milli üzvü ilə anlaşıb

UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” klubu heyətini yeni futzalçı ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-ağlar” millinin gənc üzvü İlham Alıyevlə müqavilə bağlayıb.

Futzalçı qarşıdakı mövsümü çempionun heyətində keçirəcək.

İlk dəfə bu il Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı daha əvvəl U-19-un formasını geyinib.

Klub braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edib. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button