“Araz-Naxçıvan” bu gün Almaniya çempionu ilə görüşəcək

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ikinci matçını keçirəcək.

Təmsilçimiz Latviyada təşkil olunacaq görüşdə Almaniya çempionu “Yan Reqensburq”la qarşılaşacaq. Oyun saat 15:00-da start götürəcək.

Qrupun digər matçında Türkiyə klubu “İstanbul Şişli” ilə Latviya “Riqa”sı (saat 20:00) üz-üzə gələcəklər.

“Araz-Naxçıvan” qrupdakı ilk matçında “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu son görüşündə avqustun 26-da yerli “Riqa” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası, ilkin seçmə mərhələ
A qrupu, 2-ci tur

24 avqust

15:00. Araz-Naxçıvan – Yan Reqensburq (Almaniya)
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils. Salaspils İdman Arenası.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button