“Araz-Naxçıvan” braziliyalı müdafiəçi transfer edib
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kake Aledes De Oliveyra qarşıdakı mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək.
30 yaşlı braziliyalı müdafiəçi Qazaxıstanın “Jetısu” klubunda çıxış edib.
Braziliyalı Kadinyonu (“Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin