“Araz-Naxçıvan” 5 əcnəbi ilə vidalaşdı
Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” 5 oyunçu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, 5 əcnəbi yola salınıb. Bunlar Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesiodur. Adıçəkilən oyunçularla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Araz-Naxçıvan” hazırda Azərbaycan çempionatında 6 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin