“Araz” büdrədi, “Yasamal” oyuna gəlmədi

Bu gün futzal üzrə Yüksək Liqada 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, tura “Araz” – “Xəzər Cənub” qarşılaşması ilə start verilib. Oyun kifayət qədər maraqlı və gərgin keçib. 53-cü saniyədə hesabı açan “Araz” sonrakı dəqiqələrdə hesabda geri düşsə də, fasiləyə saniyələr qalmış status-kvonu bərpa edib. İkinci hissədə son çempion rəqib torunu silkələsə də, qələbəni final fitinə 19 saniyə qalmış əldən verib.

İkinci oyunda “Neftçi” aşkar favorit hesab edilsə də, xeyli əziyyət çəkib. Hacıbala Abdullazadənin yetirmələri fasiləyə qədər rəqib torunu cəmi bir dəfə silkələyib. Halbuki, autsayder də qol vurmaq imkanı əldə edib. İkinci hissədə komandalar hərəyə iki top vursa da, “Neftçi” qələbə hesabını qoruyub.

Turun son oyunu isə baş tutmayıb. Buna “Yasamal” MFK-nın oyuna gəlməməsi səbəb olub. Qarşılaşmanın nəticəsi ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Yüksək Liqa, 16-cı tur

4 fevral

Araz – Xəzər Cənub 3:3
Qol: İ. Atayev, 0:53, 19:58, A. Mikaeli, 31:38 – İ. Surqalı, 07:48, H. Rezvan, 09:31, N. İsmayılov, 39:41-öz qapısına.
Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, Vüsal Balaşov.
Bakı İdman Sarayı. Saat 14:30.

Neftçi İK – Yasamal İSK 3:2
Qol: M. Katebi, 16:09, M. Nəcəf, 29:57, Oruc Baxşəlizadə, 35:45 – M. Eyniyev, 24:51, V. Səfərov, 39:36.
Hakimlər: Rahin Heybətov, Kənan Məlikov, Vüsal Balaşov.
Bakı İdman Sarayı. Saat 16:30.

EKOL – Yasamal MFK
Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, İsgəndər Əliyev.
Bakı İdman Sarayı. Saat 18:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button