Super Liqaya qoşulan İngiltərə klubları cərimələndi
Aprelin 18-də yaradılan və qısa müddətdə dağılan Avropa Super Liqası layihəsinə qoşulan İngiltərə klubları cəzalandırılıb.
Komanda.az xəbər verir ki, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, “Liverpul”, “Arsenal” və “Tottenhem” klublarının hər biri 22 milyon funt-sterlinq cərimə ödəyəcək. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, klublar gələcəkdə yenidən belə bir addım atsa, çempionatda 30 xalları silinəcək və daha çox pul cəriməsinə məruz qalacaqlar.
Aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Real”, “Barselona” və “Atletiko”, İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqası layihəsini yaradıblar. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FİFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca layihədən imtina etməyə başlayıblar. Hazırda yalnız “Barselona”, “Real” və “Yuventus” Superliqada qaldıqlarını açıqlayıb.
Bizi Facebook-da izləyin