APOEL-də itki: “Qarabağ”la ilk matçı buraxa bilər
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL klubu bu matça itkiylə çıxa bilər.
Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, APOEL-in hücumçusu Musa Əl-Taamari, Ağdam təmsilçisi ilə ilk matçı buraxa bilər. Zədəsini sağaltmaq üzrə olan futbolçu, bu mərhələnin oyunları üçün sifariş olunacaq. Amma 22 yaşlı futbolçunun yalnız Bakıdakı cavab qarşılaşmasına hazır olacağı bildirilir.
APOEL – “Qarabağ” matçı avqustun 6-da Nikosiyada keçiriləcək. Komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin