Ansu Fatinin keçə biləcəyi klubun adı açıqlanıb

İspaniyalı hücumçu Ansu Fati 2023/2024 mövsümündə “Brayton”da icarə əsasında çıxış edib. İndi isə gənc futbolçu “Barselona”ya qayıdır. Amma burada ona ciddi ümid etmirlər. Bir sözlə, Fati bu yay yenidən klubunu dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Fati karyerasını Fransada davam etdirməyə yaxındır. Belə ki, “Marsel” 21 yaşlı futbolçunu transfer edə bilər. Komandaya rəhbərlik etmək üzrə olan Roberto de Zerbi Fatini komandasında görmək istəyir. İtaliyalı məşqçi ötən mövsüm Fati ilə “Brayton”da çalışıb.

Fati 2023/2024 mövsümündə 30 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button