Vinisius: “Ançelotti həmişə mənə deyir ki…”
“Real”ın hücumçusu Vinisius Junior baş məşqçi Karlo Ançelottinin tələblərindən birinin adını çəkib.
Komanda.az xəbər verir ki, “kral klubu”nun kanalına açıqlama verən braziliyalı futbolçu, Ançelottini dinləməli olduğunu deyib:
“Ançelotti həmişə mənə deyir ki, sadəcə iki toxunuşla qol vurmalısan. Mən onu dinləməliyəm”.
24 yaşlı forvard diskvalifikasiya səbəbindən madridlilərin son iki matçını buraxıb. O, ümumilikdə, bu mövsüm “Real”ın heyətində 26 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.
“Real” bu gün La Liqa çərçivəsində səfərdə “Espanyol”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin