Ançelottinin qərarı
“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunda işləməyə davam etmək istəyir.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis 2024-cü ilin yayına – müqaviləsi bitənə kimi “kral klubun”da qalmaq niyyətindədir.
Daha əvvəl Ançelottinin Braziliya millisinə rəhbərlik edə biləcəyi bildirilirdi.
63 yaşlı mütəxəssis 2021-ci ildən “Real”ın “sükanı arxasındadır”. Komanda onun rəhbərliyi altında ötən mövsüm Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin