Ançelottidən ÇL-də yeni rekord
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, 62 yaşlı mütəxəssis buna qitənin bir nömrəli klub turnirində 5-ci dəfə finala yüksəlməklə nail olub.
Madrid təmsilçisi ötən gecə “Mançester Siti”ni yarımfinalın cavab oyununda əlavə vaxtda 3:1 hesabı ilə məğlub edib. “Kral klubu” səfərdə 3:4 hesabı ilə uduzsa da, ümumi hesabda qalib gələrək finala adlayıb.
Ançelotti 2003, 2005, 2007-ci illərdə İtaliya “Milan”ında, 2014-cü ildə isə “Real”da da finala vəsiqə qazanmışdı. İtaliyalı baş məşqçi yalnız 2005-ci ildə İngiltərə “Liverpul”una 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub – 3:2.
Xatırladaq ki, bu mövsümə qədər ÇL-də ən çox final oynamış mütəxəssislər Aleks Ferqyuson, Migel Munoz, Marçello Lippi və Karlo Ançelotti idi – 4 dəfə. Bu mövsüm həmin siyahıya “Liverpul”un baş məşqçisi Yurgen Klopp da qoşulub.
“Real” Çempionlar Liqasının finalında “Liverpul”la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də keçiriləcək.
Bizi Facebook-da izləyin