Benzema La Liqa matçında olacaq?
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 13-cü turunda “Rayo Valyekano” ilə oyundan əvvəl zədəli futbolçular haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kərim Benzemanın bu matçda oynamayacağını deyib:
“Kərim oynamayacaq, çünki o, tam hazır deyil. Düşünmürəm ki, Rüdiger də “Kadis”ə qarşı (noyabrın 10-da) oynamayacaq. Amma Kərim Benzemanın sağalmağa vaxtı olacaq”.
Antonio Rüdiger ombasından, Benzema əzələ zədəsindən sağalır.
“Real” bu gün səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin