“Münhendə 90 dəqiqə əziyyət çəkdik” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalının “Bayern”lə ilk oyunundan (2:2) sonra komandasının finala çıxmaq şansından danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, finala yüksəlməyə çalışacaqlarını söyləyib:
“Yaxşı oyun keçirdik, lakin qarşıdurmada şanslar 50-50-dir. Münhendə 90 dəqiqə əziyyət çəkdik, burada oynamaq çox çətindir. Burada çox adam iki dəfə qol vura bilməz. “Real” finala yüksəlməyə çalışacaq. Bunun üçün hər şeyimiz var”.
“Real”la “Bayern” arasında cavab oyunu mayın 8-də Madriddə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin