Ançelotti “Real”dan gedir – Rəhbərliyə deyib

“Real”ın baş məşqçisi Karlo Ançelotti klub rəhbərliyinə və oyunçulara komandanı tərk etmək istədiyini bildirib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, italiyalı məşqçi yaxın zamanlarda “Real”dan ayrılacağını açıqlayıb.

Ançelottinin gələcək karyerası böyük ehtimalla, Braziliya yığmasında davam edəcək. “Real”la müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı tərəflər arasında danışıqların yaxın zamanlarda başlanacağı bildirilib.

65 yaşlı mütəxəssis Madrid komandasında uğurlu bir dövr keçirib və klubu bir neçə mühüm titul qazanmağa daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button